Peskov: "Putinlə Lukaşenko daimi əlaqədədirlər"

   Peskov:    "Putinlə Lukaşenko daimi əlaqədədirlər"
  27 Fevral 2023    Oxunub:569
"Rusiya və Belarus prezidentləri daim əlaqə saxlayırlar və Kreml onların hər təması barədə hesabat vermir".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezidentlər kifayət qədər tez-tez ünsiyyət qururlar və biz hər bir ünsiyyət haqqında hesabat vermirik. Onların həqiqətən də daimi əsasda çox zəngin və sıx dialoqları var", - o, Vladimir Putinlə Aleksandr Lukaşenkonun fevralın 24-də əlaqə qurub-qurmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Belarus prezidenti bildirib ki,fevralın 25-də Putinlə davamlı ünsiyyəti olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti