SCMP: Ukrayna ilə bağlı qərarlar Vaşinqton və Brüsseldə verilir

    SCMP:    Ukrayna ilə bağlı qərarlar Vaşinqton və Brüsseldə verilir
  27 Fevral 2023    Oxunub:575
"Ukrayna hakimiyyəti üçün bütün qərarlar Vaşinqton və Brüsseldə verilir".
Bu barədə Çinin "South China Morning Post" (SCMP) qəzetinin köşə yazarı Aleks Lo yazıb. Onun sözlərinə görə, Kiyev Qərb tərəfdaşlarının təzyiqi ilə Çinin sülh yolu ilə nizamlanma planından imtina edib.

"Vaşinqton ruslarla son adama qədər döyüşmək üçün Ukraynanı bütün silahlarla təmin etməyə hazırdır, bir şərtlə ki, ukraynalılar xidmət etməyə hazır olsunlar. Onlara harada, nə vaxt və kimə atəş açacaqlarını və hansı silahları atacaqlarını məmnuniyyətlə söyləyəcəklər. Amma müharibənin mahiyyəti və məqsədi artıq Kiyevdə deyil, Vaşinqton və Brüsseldə diktə olunur".

Köşə yazarı vurğulayıb ki, Ukrayna münaqişənin əvvəlində olduğu kimi seçim və fəaliyyət azadlığına malik deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti