Yoxa çıxan milyarder bankirdən xəbər var: "İstintaqa kömək edir"

      Yoxa çıxan milyarder bankirdən xəbər var:    "İstintaqa kömək edir"
  27 Fevral 2023    Oxunub:642
Çinin investisiya banklarından olan "China Renaissance" təxminən 10 gün əvvəl itdiyini bildirdiyi meneceri Bao Fan haqqında yeni yazılı açıqlama verib.
Honq-Konq birjasına verdiyi açıqlamada şirkət Bao Fanın "istintaqda Çin səlahiyyətliləri ilə əməkdaşlıq etdiyini" açıqlayıb. Lakin onun hansı istintaqla əməkdaşlıq etdiyi barədə məlumat paylaşılmayıb.

Çin mediası isə hökumətin Baonu sözügedən şirkətin keçmiş icraçı direktoru ilə bağlı istintaqa kömək etmək üçün çağırdığını iddia edib.

Bank fevralın 16-da Bao ilə əlaqə saxlamağın mümkün olmadığını açıqlayıb. Açıqlamadan sonra şirkətin səhmləri ucuzlaşsa da, bazar ertəsi yenidən artıb.

2020-ci ilin sonlarına doğru Çinin maliyyə tənzimləmə sistemini tənqid edən Alibaba-nın qurucusu Cek Ma 3 ay ictimaiyyət qarşısına çıxmamışdı və onun itdiyinə dair şübhələr yaranmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti