Evlərindən çıxarılan keçmiş erməni döyüşçülər aksiya keçirirlər - VİDEO

  Evlərindən çıxarılan keçmiş erməni döyüşçülər aksiya keçirirlər -   VİDEO
  27 Fevral 2023    Oxunub:733
Artıq iki həftədir ki, Ermənistan Müdafiə Nazirliyinə məxsus binadan çıxarılan mülki şəxslər etiraz aksiyaları keçirirlər.
AzVision.az xəbər verir ki, narazı vətəndaşlar azyaşlı uşaqlar, ailələri ilə birlikdə qışın soyuğunda çadırlarda yaşamalarından gileylənirlər.

Onlar bu gün də aidiyyəti dövlət qurumlarının qarşısına toplaşaraq aksiya keçiriblər.

"Bu gün evsiz qalan həmin etirazçıların arasında qoca və qadınlarla yanaşı, fəallar və keçmiş hərbçilər, Qarabağ müharibəsinin iştirakçıları da var. Vətəndaşlar etiraz aksiyası keçirərək çöllərdə qalmalarından gileylənirlər. Xatırladaq ki, hökumətin qərarı ilə Müdafiə Nazirliyinin keçmiş binasında sənədsiz məskunlaşmış vətəndaşlar buradan çıxarılıblar", - "Mamul" aksiya ilə bağlı yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   Ermənistan  





Xəbər lenti