Daşnaklar Xocalı təbliğatı aparan avtomobilin qarşısını kəsdilər

   Daşnaklar Xocalı təbliğatı aparan avtomobilin qarşısını kəsdilər
  27 Fevral 2023    Oxunub:933
Ermənilərin terror təşkilatı olan “Daşnaksütyun”un gəncləri Azərbaycanın Vaşinqtondakı səfirliyi yaxınlığında etiraz aksiyası keçiriblər.
AzVision.az xəbər verir ki, erməni gənclərin təxribat xarakterli aksiyasına polis müdaxilə etməyib. Daşnaklar Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. Bundan başqa, onlar Xocalı soyqırımına "qondarma" hadisə donu geyindirməyə çalışıblar. Radikallar hətta Xocalı soyqırımı ilə bağlı plakatları daşıyan xüsusi avtomobilin qarşısını almaq üçün Azərbaycan səfirliyinin yaxınlığındakı küçəni bağlayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti