Konqresmen: "Bayden Ukraynaya kömək etməklə ABŞ-a zərər verir"

      Konqresmen:    "Bayden Ukraynaya kömək etməklə ABŞ-a zərər verir"
  27 Fevral 2023    Oxunub:859
"ABŞ özünə zərər vurmaqla Ukraynaya kömək etməməlidir". AzVision.az xəbər verir ki, bunu ABŞ konqresmeni Mayk Qarsiya "Newsmax"a müsahibəsində deyib.
O xüsusi olaraq vurğulayıb ki, "Biz Ukraynaya yardımın ABŞ-ın milli təhlükəsizliyindən daha vacib olmasını istəmirik".

"Rəsmi Vaşinqtonun Kiyevi dəstəkləmək üçün milyardlarla dollar xərcləməsi fonunda belə görüntü yaranır ki, Amerika lideri öz ölkəsindəki vəziyyətdən daha çox Ukrayna sərhədlərində baş verən hadisələrdən narahatdır", - Qarsiya qeyd edib.

Xatırladaq ki, bir müddət öncə ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini təqdim etmişdi. Yeni tədarüklər çərçivəsində Kiyev pilotsuz təyyarələr və PUA-lara qarşı mübarizə vasitələri, artilleriya mərmiləri, HIMARS raket sistemləri üçün sursatlar alacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti