Pekin Rusiyanı silahlarla təmin edəcək - Çin üsulu ilə, gizli və hiyləgərcəsinə...

 Pekin Rusiyanı silahlarla təmin edəcək -  Çin üsulu ilə, gizli və hiyləgərcəsinə...
  27 Fevral 2023    Oxunub:1044
"Alman "Leopard" tanklarının yalnız üçdə biri hazırda döyüşə hazırdır".
Qərbin demarş və təhqirlərindən sonra Çinin Rusiyaya öldürücü silahlar, döyüş sursatları və elektronika verəcəyi barədə sualları son günlər dünya mətbuatının əsas gündəm mövzusudur. İnformasiya fonu onu deməyə əsas verir ki, Çindən silah və sursat ixracı ən azı müzakirə olunur.

"Military Watch Magazine" qeyd edib ki, Çin birbaşa da olmasa Rusiya silahlı qüvvələrinə kömək edə bilər - "həmişə olduğu kimi, çin tərzincə, gizli və hiyləgərcəsinə və ya Qərbin üzünə gülərək və açıq şəkildə":

1. Hərbi texnika istehsal edən Rusiya zavodları üçün dəzgahlar və ya işçilər təmin etməklə.

2. Mövcud silahların modernləşdirilməsi və təmiri üçün avadanlıqları verməklə.

3. Digər ölkələr vasitəsilə silah ixrac etməklə (İran Rusiyaya T-72B tankları və S-300 hava hücumundan müdafiə sistemləri sata bilər və bunun müqabilində öz BT-4 tanklarını və HQ-9 hava hücumundan müdafiə sistemlərini Pekindən ala bilər).

4. Ballistik raketlərin Rusiyaya ötürülməsi ilə bağlı Qərbin cavab sanksiyalarına qarşı İrana dəstək zəmanətinin verilməsi.

“The Reporter”in istinad etdiyi hərbi analitik Çju Şufanqın fikrincə, Rusiya ilə sərhəd yaxınlığında Çin ordusunun ən böyük ehtiyat anbarının hərbçiləri “artilleriya sistemlərini yenidən işə salmağa və döyüş vəziyyətinə salmağa başlayıblar”. Nəşr bildirib ki, bu yaxınlarda Rusiyanın yüksək rütbəli hərbçiləri ora gəlmişdilər.

"The Wall Street Journal"da çap olunan bir məqalədə qeyd olunur ki, Pekin mütləq şəkildə qabaqcıl silahlar ixrac etməyəcək, lakin Rusiya qüvvələrinin Ukraynadakı döyüş meydanında itirdiklərini, məsələn, sursatları və ya sansksiyalara görə elektronika kimi istehsal edə bilmədiklərini kompensasiya edəcək".

Ümumiyyətlə, amerikalılar Çinin Rusiyaya silah ixracı məsələsini nəzərdən keçirdiyini göstərən kəşfiyyat məlumatlarının açıqlanması imkanlarını araşdırırlar. Söhbət Rusiya Federasiyasının Silahlı Qüvvələrinə tanış olan silahlardan gedir: PLZ-05 haubitsaları, kalibrli 152 mm (rus "Msta-S"-ə bənzər); Çin AR1A çoxlu buraxılış raket sistemləri(Rusiya MLRS "Smerch"-ə bənzər).

""Der Spiegel" Çindən kamikadze pilotsuz uçuş aparatların ixracı barədə yazıb. 35-50 kq ağırlığında döyüş başlığı olan ZT-180 PUA-ları iddialara görə apreldə təhvil verilə bilər.

Bundan əlavə, Çinin xarici işlər naziri Vanq Yi ilə avropalı həmkarı arasında dialoq da müzakirə edilir: “Çin silah təmin edə bilməz, Qərbin Ukraynaya silah verməsi isə başqadır”.

Qeyd edilir ki, Çin Ukrayna böhranının əsas yox, benefisiarı hesab olunur: ÇXR Rusiya resurslarını münasib və bazar qiymətlərindən ucuz alır.

Ukraynada Qərbin iştirakı ilə münaqişə nə qədər uzun sürərsə, Qərb Pekinlə bir o qədər gec “sövdələşməyə” başlayacaq.

Buna baxmayaraq, Çinin Avropaya sərmayə qoymasına ciddi məhdudiyyət qoyulsa da, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tərəfdaşı olan Aİ ilə mübahisə etmək Pekin üçün çox sərfəli deyil.

"Ruslara təhvil verilməsi üçün sərhədlərdəki super anbarın yenidən açılması"na gəlincə - bu barədə məlumat ilk dəfə Yuri Podolyak paylaşıb. Hələ Çin seqmentində bu, təsdiqlənməyib.

Ümumiyyətlə, Pekin, Rusiya və Belarus arasında davam edən bütün qarşılıqlı əlaqələr Qərbin kəskin reaksiyasına səbəb olur və tezliklə Çin yekun qərar verməli olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti