SVT : "İsveçdə yüzlərlə ukraynalı hər gün qida ala bilmir"
![SVT : "İsveçdə yüzlərlə ukraynalı hər gün qida ala bilmir" SVT : "İsveçdə yüzlərlə ukraynalı hər gün qida ala bilmir"](https://azvision.az/photos/2023/02/ytggythyhtyh-1677481602.jpg)
Reportajda qeyd edilir ki, son bir il ərzində İsveçə gələn 40 min ukraynalının bir qismi oxşar problemlə hər gün rastlaşır. İsveçə gəlməmişdən əvvəl Odessada ətir dükanları işlədən ukraynalı qadın “Oğlum alma istəyəndə ona yox demək çox çətindir” deyə şikayətlənib.
Kanal qeyd edir ki, hazırkı vəziyyət 12 mindən çox əmək qabiliyyətli ukraynalının dövlət müavinətləri hesabına yaşaması ilə bağlıdır. Onlar isveç dilini bilmirlər, ona görə də iş tapa bilmirlər. Nəticədə, belə qaçqınlar yalnız gündəlik müavinətə arxalana bilərlər. Müavinət isə 71 krondur.
Stokholmda təxminən 400-500 ukraynalı Qırmızı Xaç Cəmiyyətinin yerli şöbəsinə pulsuz yemək almaq üçün gəlir. Växö şəhərində isə 200-ə yaxın belə insan var. Eyni zamanda, Qırmızı Xaç Komitəsinin koordinatoru Maqnus Anderssonun qeyd edib ki, təşkilat uzunmüddətli perspektivdə bu qaçqınlar qrupunun əsas ehtiyaclarının təminatçısı ola bilməz.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qaçqın