Əfqanıstanın Tehrandakı səfirliyi Talibana təhvil verilib

   Əfqanıstanın Tehrandakı səfirliyi Talibana təhvil verilib
  27 Fevral 2023    Oxunub:626
Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib. Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.
Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam etdiriləcəyini bildirib.

Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaldıblar.

Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri ötən il Talibana təhvil verilib.

Taliban Əfqanıstan administrasiyasına 15 avqust 2021-ci ildə gəlib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti