Türkiyə və BMT taxıl müqaviləsi ilə bağlı Qərbdən zəmanət istəyir
![Türkiyə və BMT taxıl müqaviləsi ilə bağlı Qərbdən zəmanət istəyir Türkiyə və BMT taxıl müqaviləsi ilə bağlı Qərbdən zəmanət istəyir](https://azvision.az/photos/2023/02/1677475587.jpg)
“Biz Qərb ölkələrindən zəmanət almaq istəyirik ki, heç bir maneə (Rusiya məhsullarının və ammonyakın hasilatında) olmayacaq”, - mənbə bildirib.
Mənbə qeyd edib ki, hazırda logistika, sığorta və ödənişdə maneələr var.
“Qərb ölkələrindən zəmanət almaq və bunun ictimaiyyətə açıqlanmasını istərdik. Bu, təbii ki, Qara Dəniz Taxıl Təşəbbüsünün rahat işləməsinə kömək edəcək”, - mənbə bildirib.
Qeyd edək ki, Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov bir müddət əvvəl bildirmişdi ki, Kiyev Türkiyə və BMT-dən taxıl sazişinin ən azı bir il uzadılmasına dair danışıqlara başlamağı və bu müqaviləyə daha çox Ukrayna limanlarının daxil edilməsini tələb etmək niyyətindədir.
AzVision.az
Teqlər: