Ermənistanda daha bir eks-deputat həbs olunur

   Ermənistanda daha bir eks-deputat həbs olunur
  25 Fevral 2023    Oxunub:885
Ermənistanda daha bir keçmiş deputata qarşı cinayət işi açılır. AzVision.az xəbər verir ki, bu barədə yerli media Baş Prokurorluğa istinadən məlumat yayıb.
Baş Prokurorluğun məlumatında bildirilir ki, Artur Gevorkyan adlı eks-deputat qanunsuz mənimsəmədə ittiham olunur. O da vurğulanır ki, Gevorkyanın ABŞ-da gizli əmlakları üzə çıxıb.

Bundan başqa, keçmiş deputat İrəvanda torpaq sahələrinin, mülklərin qanunsuz satışı ilə məşğul olub.

Qeyd edək ki, bu, indiki və keçmiş deputatlara qarşı oxşar ittihamlarla cinayət işinin açılmasına dair ilk hadisə deyil. Bir neçə gün öncə hərbi cani, keçmiş müdafiə naziri Seyran Ohanyan da hərbi obyektlərin qanunsuz satışında ittiham olunmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Deputat  





Xəbər lenti