Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupu: "Xocalı qatilləri cəzalandırılmalıdır"
![Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupu: "Xocalı qatilləri cəzalandırılmalıdır" Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupu: "Xocalı qatilləri cəzalandırılmalıdır"](https://azvision.az/photos/2023/02/16773066114212659633_1200x630-1677306971.jpg)
“Bu kütləvi qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdırlar. Biz hesab edirik ki, regiondakı bütün dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz regionun yenidən qurulması səylərinə görə Azərbaycan Respublikasına ehtiramımızı bildirir, müxtəlif icmaları davamlı sülh və inteqrasiyaya nail olmaq üçün sıx əməkdaşlıq etməyə çağırırıq”, - deyə birgə bəyanatda diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə parlament qrupunun sədri Sven Sester, sədr müavini Mixail Korbdur. Qrupa, həmçinin İqor Kravçenko, Aadu Must, Heljo Piekhof, Erki Savisaar, Aivar Sõerd və Raivo Tamm daxildir. Riigikogu üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qrupları vasitəsilə digər dövlətlərin parlamentləri ilə əlaqə saxlayır, xarici siyasət aparır, dövlətimizi dünyanın başqa ölkələrində təmsil edirlər.
Riigikogu Estoniyanın 101 deputatdan ibarət nümayəndələr və qanunvericilik məclisidir. Xalq Riigikogu üzvlərini dörd il müddətinə seçir.
AzVision.az
Teqlər: Estoniya