Bayden seçkilərdə yenə namizəd olacaq

Bayden seçkilərdə yenə namizəd olacaq
  25 Fevral 2023    Oxunub:694
ABŞ Prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
AzVision.az xəbər verir ki, o, bu barədə ABC telekanalına müsahibəsində deyib.

“Lakin kampaniyaya başlamazdan əvvəl mənim yaxın gələcəkdə tamamlamalı olduğum çox iş var” - deyə, o vurğulayıb.

80 yaşlı Bayden bildirib ki, yaşını seçkilərdə iştirak planlarına təsir edə biləcək amil hesab etmir.

Qeyd edək ki, respublikaçı keçmiş prezident Donald Tramp da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti