Ermənilər Azərbaycanda kimləri əməkdaşlığa cəlb edir?
![Ermənilər Azərbaycanda kimləri əməkdaşlığa cəlb edir? Ermənilər Azərbaycanda kimləri əməkdaşlığa cəlb edir?](https://azvision.az/photos/2023/02/d1f87f93-d309-32ba-922b-92140030564c_850-1677263657.jpg)
O bildirib ki, iki il davam edən əlaqə nəticəsində Alen Qulyan adlı erməninin və "Henoket" analitik mərkəzinin heç də məlumatların təhlilinə deyil, Azərbaycanda hər hansısa əməliyyatların başlaması barədə məlumatların toplanmasına, ayrı-ayrı şəxslərin məxfi əməliyyatlara cəlb olunması ilə məşğul olmasına əmin olublar:
"Sosial şəbəkələrdən istifadə edən və heç bir analitik mərkəzlə əlaqəsi olmayan ermənilər də Azərbaycanda yaşayan etnik azlıq nümayəndəsini görəndə dərhal onunla əlaqəyə girir və davamlı ünsiyyət nəticəsində müəyyən dövrdən sonra onlara əməkdaşlıq təklif edirlər. Burada əsas şərt Azərbaycanda yaşayan milli azlıq nümayəndəsinin qarşı tərəfə şəxsiyyət vəsiqəsini göndərməsi kifayət edirdi. Növbəti mərhələlərdə qarşı tərəfin qoyduğu tapşırıqları icra etməli idi. Burada tapşırıqlar məlumatların toplanması ilə bağlı deyil, həmin şəxs kifayət qədər radikal və gələcəkdə Azərbaycanda hər hansı terror təxribat aksiyasının törədilməsini planlayırdı".
Aytən Zəhra
AzVision.az
Teqlər: