Ərdoğan Putinlə danışdı

   Ərdoğan Putinlə danışdı
  24 Fevral 2023    Oxunub:878
Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Türkiyədə baş verən zəlzələlər və birinci ili tamamlanan Rusiya-Ukrayna müharibəsi ilə bağlı iməsələlər müzakirə edilib.

Prezident Ərdoğan zəlzələ ilə bağlı həmrəyliyinə görə Rusiya prezidenti Putinə təşəkkür edib.

Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olması lazım olduğunu bildirən prezident Ərdoğan, İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını səmimiyyətlə istədiklərini və hər cür töhfə verməyə hazır olduqlarını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti