Zelenski müharibənin başa çatmasının şərtlərini açıqlayıb

   Zelenski müharibənin başa çatmasının şərtlərini açıqlayıb
  24 Fevral 2023    Oxunub:1091
Rusiyanın Ukraynaya qarşı müharibəsini sonlandırmaq üçün sülh formulunun maddələrini yerinə yetirmək lazımdır.
AzVision.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin ildönümünə həsr edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, sülh maddэsi belə təşəbbüsü dəstəkləyən dövlətlərin riskini azaltmaq, minimal etmək üçün demokratik hazırlanıb.

Zelenski qeyd edib ki, hər hansı bir dövlət bu formulun maddələrindən birini, məsələn, nüvə təhlükəsizliyi və ya ekoloji təhlükəsizliyi haqqında olanı dəstəkləyə bilər.

"Orada maddələr müxtəlifdir. Sülh və ya müharibənin başa çatması tədboiq olunub. Bu maddə çox vacibdir, çünki bizə təhlükəsizliyin qarantı lazımdır. Və yerinə yetirilərsə, bu, beynəlxalq hüquq və sadə Ukrayna xalqına hörmət etmək deməkdir. İcra olunarsa biz müharibənin sona çatmasının diplomatik təsbitinə çatacayıq. Ancaq bu anda bütün məqamları, hörmət maddələrini yerinə yetirmək lazımdır".

AzVision.az






Teqlər:





Xəbər lenti