İrəvanda Ukraynanın işğalına dəstək aksiyası keçirilib - VİDEO

   İrəvanda Ukraynanın işğalına dəstək aksiyası keçirilib -   VİDEO
  24 Fevral 2023    Oxunub:1112
Rusiyanın İrəvandakı səfirliyi qarşısında Ukrayna müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş aksiya keçirilib. Aksiya Moskvaya dəstək xarakteri daşıyıb.
Diplomatik nümayəndəliyin binası yaxınlığında toplaşan fəallar əllərində “Ermənistan və Rusiya əbədi birlikdə olacaqlar”, “Ermənistan-Rusiya dostluğunun daha da möhkəmlənməsini və inkişaf etməsini arzulayırıq!”, “Rusofobiyaya yox!” plakatları tutublar. Onlar “Rusiyanın tərəfdarıyam, Putinin tərəfdarıyam” şüarları səsləndiriblər.

Aksiyanın təşkilatçılarından biri Arsen Miricanyanın sözlərinə görə, bu gün eyni düşüncədə olan insanlar səfirliyin qarşısına toplaşıb, Rusiyaya və rus xalqına öz dəstəklərini ifadə ediblər.

"Biz bura dostluq, qardaşlıq naminə toplaşmışıq. Rusiya ilə Ermənistan heç vaxt düşmən olmayacaq", - Miricanyan jurnalistlərə deyib.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı dəhşətli müharibənin bir ili tamam olur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   Rusiya   İrəvan  





Xəbər lenti