Azərbaycanlı mütəxəssis yaratdığı cihazı ilə 14 nəfəri xilas edib - VİDEO

Azərbaycanlı mütəxəssis yaratdığı cihazı ilə  14 nəfəri xilas edib - VİDEO
  16 Fevral 2023    Oxunub:6094
Azərbaycanlı Ceyhun Xəlilov dağıntılar altında qalanları müəyyən etmək üçün özünün yaratdığı müasir təsvir cihazı ilə Türkiyədə 14 nəfərin sağ çıxarılmasına nail olub.
AzVision.az xəbər verir ki, Türkiyə mətbuatına müsahibə verən Ceyhun Xəlilov Ukraynada Beynəlxalq Müdafiə Universitetini bitirdiyini daha sonra Türkiyədə dağıntının altını görən sistemlər sahəsində təhsil aldığını bildirib. O, zəlzələ xəbərini eşidən kimi dağıntı bölgəsinə getmək üçün Bakıdakı müvafiq qurumlara müraciət edib. Amma müraciətinə tez cavab verilmədiyi üçün öz imkanları ilə zəlzələ bölgəsinə gedib.
Kövrək insanlıq tablosu: Dağıntılar altında qalan inəyinə hər gün yem verir - VİDEO

Uçuşlar ləğv edildiyi üçün bir gecə hava limanında yatıb, sonrakı gün isə Ankaraya gəlib. 8 fevraldan Kahramanraşda "Bəşir Dərnəği" axtarış-xilasetmə qrupu ilə işləməyə başlayıb.



Azərbaycanlı xilasedici istifadə etdiyi dağıntı altını görüntüləyən cihazının qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirib: "İki kameradan ibarət və akustik səs yazan sistem dağıntılar altındakı vəziyyəti göstərə bilir və orada olanlarla qarşılıqlı əlaqə yaratmaq imkanına malikdir".

Bu yazıları da qaçırmayın:
Əks-hücum silahı: Ukrayna gözləyir, Qərb yubanır – TƏHLİL
“Qafqaz kişisi” anlayışı ermənilərə yaddır – Ədalət Verdiyevin yazısı
Dördayaqlı "mələk"lər: İtlər insanları necə xilas edirlər?
Sənin Allahın hansındandır? – Vüsal Məmmədovun yazısı

Dağıntıların altında apardığı müşahidəni AFAD və axtarış-xilasetmə qrupları ilə müzakirə edən Xəlilov ilk dəfə 9 fevral tarixində 17 yaşlı qızın xilas edilməsində aktiv rol oynayıb. İşlədiyi qrupla uğurlu koordinasiya quraraq 14 nəfərin sağ çıxmasına nail olub.

O, daha bir sağ insanı tapmaq ümidi ilə dincəlmədən işləyir.

"Türkiyənin qəmi bizim qəmimiz, sevinci bizim sevincimizdir. Çox pis oluram və sizlərə səbir diləyirəm. Əlimizdən nə gəlirsə etməyə hazırıq və sona qədər də burada olacağıq", -Xəlilov vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Zəlzələ   Türkiyə  





Xəbər lenti