Soyunan qızları 5 il həbs gözləyir

Soyunan qızları 5 il həbs gözləyir
  10 Aprel 2013    Oxunub:1533
Almaniya səfəri zamanı Vladimir Putinə hücum edən Femen fəallarına qarşı “xarici ölkə nümayəndəsini təhqir etmək maddəsi” ilə cinayət işi açılıb. Bu maddə ilə qızlar 5 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Bazar ertəsi Almaniya kansleri Angela Merkellə görüşən Rusiya prezidenti xoşagəlməz sürprizlə qarşılaşıb. “Hannoversche Allgemeine” qəzetinin yazdığına görə, Almaniya hökuməti artıq məsələyə müdaxilə edib, Femen qızlarına xarici ölkə nümayəndəsini təhqir etmək ittihamı ilə cinayət işi açılıb. Qəzet cinayət işinin aparılması üçün qarşı tərəfin şikayətinin əsas rol oynadığını, əks halda işin bağlanacağını da qeyd edib.

Putinin mətbuat katibi Dmitriy Peskov isə məsələ ilə bağlı İnterfaks”a açıqlamasında Rusiya tərəfinin Femen fəallarının cəzalandırılmasında ya da cinayət məsuliyyətinə cəlb edilməsində maraqlı olmadığını deyib. “Rusiya tərəfdən heç kim Almaniya hökumətindən bu və ya digər üsullarla Femen aktivistlərinin cəzalandırılmasını istəməyib. Xuliqanlar cəzalandırılmalıdır, ancaq onlar bizim xuliqanlar deyil və onları biz cəzalandıra bilmərik”,-deyə Peskov vurğulayıb.



Teqlər:





Xəbər lenti