Ağ ev Konqresdən “F-16” qırıcılarının Türkiyəyə satılması üçün icazə istəyir
![Ağ ev Konqresdən “F-16” qırıcılarının Türkiyəyə satılması üçün icazə istəyir
Ağ ev Konqresdən “F-16” qırıcılarının Türkiyəyə satılması üçün icazə istəyir](https://azvision.az/photos/2023/01/1673633958.jpg)
Nəşrin məlumatına görə, söhbət 40 yeni qırıcının, eləcə də artıq Türkiyədə istismarda olan bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün komplektlərinin satışından gedir. Bundan əlavə, ABŞ Türkiyəyə 900 “hava-hava” raketi və 800 aviabomba satmaq niyyətindədir.
Qəzetin yazdığına görə, silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-yə planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna edilmir.
Nəşr qeyd edib ki, “F-16”nın Türkiyəyə satılması qərarı ilə eyni vaxtda ABŞ qanunvericiləri Yunanıstana ən azı 30 ədəd beşinci nəsil “F-35” qırıcılarının satışını təsdiqləyə bilərlər. Qəzet işarə edib ki, bu, Vaşinqton və Ankara arasında mümkün sövdələşmə ilə bağlı Afinada narazılığın dərəcəsini azaldacaq.
AzVision.az
Teqlər: