Erməni deputat: "İrəvan anti-Rusiya siyasəti seçib"

   Erməni deputat:    "İrəvan anti-Rusiya siyasəti seçib"
  13 Yanvar 2023    Oxunub:1176
Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. AzVision.az xəbər verir ki, parlamentin “Hayastan” fraksiyasından olan deputatı Andranik Tevanyan Moskvanın hədəfə alınmasına görə rəsmi İrəvanı ittiham edib.
O, parlamentin Xarici əlaqələr komissiyasının iclasında çıxışı zamanı deyib ki, Ermənistanın təhlükəsizlik sisteminin kövrək durumda olduğu bir şəraitdə hakimiyyət anti-Rusiya isteriyasındadır.
Tevanyan qeyd edib ki, Qarabağ ermənilərinin və Ermənistanın düşdüyü indiki ağır vəziyyət daha çox İrəvan rəhbərliyinin məğlubiyyətçi və yanlış siyasətinin nəticəsidir. Onun sözlərinə görə, həm rəsmi Bakı, həm də İrəvan Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarını tənqid edir.

Tevanyan Ermənistanın öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri keçirməkdən imtina etməsini də tənqid edib. O bunu Rusiya ilə münasibətləri pisləşdirməyə yönəlmiş siyasətin ən bariz təzahürlərindən biri kimi təqdim edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti