Ukraynadan təkzib: "Soledar işğal olunmayıb"
![Ukraynadan təkzib: "Soledar işğal olunmayıb" Ukraynadan təkzib: "Soledar işğal olunmayıb"](https://azvision.az/photos/2023/01/Screenshot_6-1673611871.jpg)
"Xeyr, bu doğru deyil. Şəhərdə döyüşlər gedir", - Çerevatı deyib. Eyni zamanda o, təhlükəsizlik baxımından bu istiqamətdə vəziyyətlə bağlı ətraflı məlumat verməkdən imtina edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ordunun cümə axşamı Soledar şəhərini zəbt etməsi ilə bağlı məlumat yayıb.
"Yanvarın 12-də axşam saatlarında Soledar şəhərinin azad edilməsi prosesi başa çatıb. Bu isə Donetsk istiqamətində uğurlu hücum əməliyyatlarının davam etdirilməsi üçün vacibdir"-
Həmçinin qeyd olunur ki, Soledarın tutulması Ukrayna qoşunlarının Artemovsk qəsəbəsinə olan təchizatını kəsməyə imkan verir.
"Soledar üzərində tam nəzarətin yaradılması Kiyev qoşunlarının Artemovsk şəhərinin cənub-qərbindəki təchizat marşrutlarını kəsməyə, sonradan isə orada qalan Ukrayna Silahlı Qüvvələrinin bölmələrini blokadaya almağa imkan verir", - nazirlik bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: