Ermənistan Hindistandan “MRSAM” HHM sistemləri almaq istəyir

   Ermənistan Hindistandan “MRSAM” HHM sistemləri almaq istəyir
  13 Yanvar 2023    Oxunub:867
Ermənistan Hindistanın “MRSAM” orta mənzilli zenit-raket kompleksinin alınmasını nəzərdən keçirir.
Bu barədə yerli IDRW portalı yazıb. Qeyd olunub ki, İrəvan bununla öz arsenalında sovet istehsalı olan S-125 “Peçora” hava hücumundan müdafiə sistemlərini əvəz etmək istəyir.

Mənbənin sözlərinə görə, bundan əvvəl Ermənistan tərəfi bu sistemlərin alınması ilə bağlı sorğu göndərib, Hindistan da öz növbəsində öz istehsalı olan “Akaş” və “Akaş-NG” sistemlərini təklif edib.

Məsələ burasındadır ki, “MRSAM” hava hücumundan müdafiə sistemləri Hindistanda istehsal olunsa da, bəzi texnologiyalar İsraildən alınıb. Eyni zamanda, nəşr qeyd edir ki, Nyu-Dehli bu silahların ixracı ilə bağlı heç bir məhdudiyyətə malik deyil.


AzVision.az



Teqlər:





Xəbər lenti