Viktor Orban: “Ukrayna müharibəsində mütləq qalib Amerikadır”

      Viktor Orban:    “Ukrayna müharibəsində mütləq qalib Amerikadır”
  13 Yanvar 2023    Oxunub:1286
“Təkbaşına Avropa İttifaqı rəhbərliyinə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə nail ola bilmərəm, bunu yalnız Fransa və Almaniya edə bilər”.
AzVision.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib. “Yalnız almanlar və ya fransızlar Avropa İttifaqının sanksiyalarla bağlı mövqeyini dəyişə bilər və Macarıstanın siyasi resursları bunun üçün kifayət deyil. Mən yalnız zərəri azalda bilərəm”, - Orban deyib.

Baş nazir vurğulayıb ki, Ukrayna münaqişəsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ən çox uduzan Avropadır, ABŞ isə bundan yalnız faydalanır: “İqtisadi nöqteyi-nəzərdən Ukrayna müharibəsindən yeganə və ya ən azı əsas uduzan tərəf Avropadır. Amerika mütləq qalib gəlir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti