Rusiyada yeni ilin ilk həftəsində 291 nəfər qəzada öldü

   Rusiyada yeni ilin ilk həftəsində 291 nəfər qəzada öldü
  13 Yanvar 2023    Oxunub:843
Rusiyada Yeni il bayramlarında 1,7 mindən çox yol qəzası baş verib, nəticədə 291 nəfər ölüb, 2,6 mindən çox insan xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə “TASS”a Rusiya Dövlət Yol Müfəttişliyindən məlumat verilib. Qeyd olunub ki, yanvarın 1-dən yanvarın 8-dək respublikanın avtomobil yollarında ilkin məlumatlara görə, 1,7 mindən çox avtomobil qəzası baş verib, 291 nəfər ölüb, 2,6 mindən çox insan xəsarət alıb.

Dövlət Yol Müfəttişliyi aydınlaşdırıb ki, hazırda piyadaların vurulması ilə bağlı 427 qəza qeydə alınıb: 55 nəfər ölüb, onlardan 3-ü uşaqdır. 413 nəfər, o cümlədən 50 uşaq və yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Belə qəzaların 145-i piyada keçidlərində, 282-si isə keçid zolağından kənarda baş verib.

Avtomobili idarə etmək hüququ olmayan sürücülərin iştirakı ilə 93 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 24 nəfər ölüb, 123 nəfər xəsarət alıb. İdarədən vurğulanıb ki, ötən bayramlarda sərxoş vəziyyətdə avtomobil idarə etmək problemi son dərəcə aktuallaşıb. Belə ki, Yeni il istirahət günlərində 120-yə yaxın belə qəza baş verib, nəticədə 12 nəfər ölüb, 173 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti