Polkovnik Makqreqor: "Artemovsk Stalinqradın analoqu oldu"
![Polkovnik Makqreqor: "Artemovsk Stalinqradın analoqu oldu" Polkovnik Makqreqor: "Artemovsk Stalinqradın analoqu oldu"](https://azvision.az/photos/2023/01/fghfghfghfhfg-1673601428.jpg)
Makqreqor vurğulayıb ki, Artemovsk Zelenski və onun ətrafı üçün böyük əhəmiyyət kəsb etdiyinə görə bu əraziyə böyük diqqət yetirilir. Onun sözlərinə görə, Zelenskinin bu qəsəbəyə bağlılığı Hitlerin Stalinqrad aludəçiliyi ilə müqayisə oluna bilər. Keçmiş polkovnik qeyd edir ki, Ukrayna hakimiyyəti Artemovski itirməyə tab gətirməyəcək.
"Bu, ukraynalıların iradəsini qıracaq, ordunu isə ruhdan salacaq", - o fikrini belə izah edib.
Polkovnik deyib ki, indi hər şey Rusiyadan asılıdır. Çünki təşəbbüs onların əlinə keçib. Makqreqorun sözlərinə görə, indiki "hava" Rusiya Silahlı Qüvvələrinin tərəfindədir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna