Tehranda ağlasığmaz hərəkət: "Çox köksən" deyib sərnişini aşağı düşürdülər

      Tehranda ağlasığmaz hərəkət:    "Çox köksən" deyib sərnişini aşağı düşürdülər
  13 Yanvar 2023    Oxunub:1177
Tehranın Mehrabad hava limanında iki sərnişin həddindən artıq kök olmaları əsas gətirilərək təyyarədən düşürülüb.
Həmin sərnişinlərdən biri Mehr agentliyinə danışaraq baş verənlərə münasibət bildirib. O qeyd edib ki, Tehran-Hürem Abad reysinə hazırlaşan təyyarədə çox ağırlıq olduğu əsas gətirilərək yola çıxmasına izn verilməyib.

Etiraz edən sərnişin “Aviaşirkət bilet satışı zamanı lazımi qayğını göstərməli, təyyarənin vəziyyətini və sərnişin sayını hesablamalı idi”, -deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti