Elvis Preslinin yeganə qızı vəfat etdi

   Elvis Preslinin yeganə qızı vəfat etdi
  13 Yanvar 2023    Oxunub:867
Elvis Preslinin yeganə qızı, müğənni Liza Mari Presli 54 yaşında vəfat edib. Bu barədə “People” nəşri onun anası Prissilla Presliyə istinadən məlumat yayıb.
Liza Presli cümə axşamı səhər ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmişdi. O, süni komadan ayılmayıb.

1968-ci ildə anadan olan Liza-Mari öz mahnılarının ifaçısı kimi tanınırdı. Bundan əlavə, o, Maykl Ceksonun dul arvadı və aktyor Nikolas Keycin keçmiş həyat yoldaşı idi.

2020-ci ilin iyun ayında Liza Marinin oğlu Benjamin Kio 27 yaşında intihar etmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti