Şri-Lankada maliyyə böhranı: Hərbçilərin sayı kəskin azaldılacaq

      Şri-Lankada maliyyə böhranı:    Hərbçilərin sayı kəskin azaldılacaq
  13 Yanvar 2023    Oxunub:696
Şri-Lanka hökuməti ölkədəki dərin iqtisadi və maliyyə böhranı ilə əlaqədar olaraq orduda hərbçilərin sayını 135 min nəfərə çatdıracaq.
AzVision.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Qeyd olunub ki, hökumət 2030-cu ilə qədər ordunun sayını 100 min nəfərə qədər azaltmağı planlaşdırır. Yanvarın əvvəlində Şri-Lanka hökuməti 2023-cü ildə dövlət xərclərini 5% azaldacağını açıqlamışdı.

Son iki ildə Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən sonra özünün ən pis iqtisadi böhranını yaşayır. Buna ölkənin valyuta ehtiyatlarının çatışmazlığına səbəb olan pandemiya ilə əlaqədar xarici turizmin azalması səbəb olub. Bu şəraitdə Şri-Lanka hakimiyyəti idxalı azaltmağa və resurslara qənaət tətbiq etməyə məcbur olub. Xarici borclanma və iqtisadi böhranla mübarizəyə Şri-Lankanın 51 milyard dollarlıq xarici borcu mane olur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti