13 ildən sonra “Avatar” yenidən CinemaPlus-da - Video
Filmin ikinci seriyasında birinci filmdə baş rolları canlandıran aktyorlar Sem Uortinqton və Zoi Saldana yenidən çəkilib. Ekrana, qəhrəmanı ilk lentdə ölən Siqurni Uiver qayıdır.
Onlara Cek Çempion, Ceyms Fletters, Triniti Co-Li Bliss və “Oskar” mükafatçısı Keyt Uinslet qoşulur.
“Avatar: Suyun Yolu” filminin büdcəsi 350 milyon dollardan çox olub.
Filmin haqqında qısaca: Avatar formasını aldıqdan sonra, əsgər Ceyk Salli, Navi xalqının lideri olur və yeni dostlarını iş adamlarından qorumaq missiyasını öz üzərinə götürür. İndi onun uğrunda mübarizə aparacağı biri var - Ceyk ilə gözəl sevgilisi Neytiri də mübarizəyə qoşulub. Ağır silahlanmış dünyalılar Pandoraya qayıtdıqda, Ceyk cavab verməyə hazırdır.
Film birinci hissəsi 2009-cu ildə ənənəvi 3D formatında nümayiş edilib. O illərdə müasir 4DX texnologiyası yox idi. Bütün Cənubi Qafqaz ölkələri arasında yeganə təmsilçi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq filmi bu formatda nümayiş edəcək.
4DX texnologiyası tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə, kino sənayəsində ən valehedici formatlardan biri hesab olunur.
4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir.
Qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.
AzVision.az
Teqlər: