Köçəryan Sərkisyanı tək qoymayacaq

Köçəryan Sərkisyanı tək qoymayacaq
  08 Aprel 2013    Oxunub:1526
Robert Köçəryan Serj Sarkisyanın andiçməsinə gələcək.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Serj Sarkisyanın aprelin 9-da Karen Dəmirçian adına idman konsert kompleksində baş tutacaq andiçmə mərasimində iştirak edəcək.

Bu barədə jurnalistlərə eks-prezidentin ofisinin rəhbəri Viktor Saqamanyan məlumat verib. Saqamanyan həmçinin, Köçəryanın mərasimdə tək iştirak edəcəyini vurğulayıb.

Belə ki, Bella Köçəryan hazırda ölkədə deyil.

Xatırladaq ki, aprelin 9-da keçirilməsi planlaşdırılan inaqurasiya mərasimində iki mindən çox insanın iştirakı gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti