Həbsxana uçdu: 100-lərlə yaralı

Həbsxana uçdu: 100-lərlə yaralı
  01 May 2014    Oxunub:843
ABŞ-ın Florida ştatında həbsxananın bir hissəsinin uçması nəticəsində yüzlərlə insan xəsarət alıb. Bu barədə AzVision.az “CNN” telekanalına istinadən xəbər verir.

Hadisə ştatın Eskambiya dairəsində baş verib. Həbsxananın uçduğu zaman binada təxminən 600 məhbus olub. Həlak olanlar və hadisə nəticəsində həbsxanadan qaçanlar barədə məlumat verilmir.

Polisin məlumatına görə, hadisə nəticəsində xəsarət almayan məhbuslar digər həbsxanalara göndərilib. Ehtimallara görə, bina qaz sızması nəticəsində yaranan partlayış nəticəsində uçub.

Hadisə yerində xilasetmə işləri aparılır.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti