Peledən Putinə müraciət

Peledən Putinə müraciət
  02 İyun 2022    Oxunub:1160
Əfsanəvi braziliyalı futbolçu Pele Ukraynada gedən müharibəyə görə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
AzVision.az g1.globo.com-a istinadən xəbər verir ki, 81 yaşlı sabiq forvard deyib:

“Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”.

Qeyd edək ki, Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti