"Qarabağ" 7-ci dəfə kubokun qalibi oldu

   "Qarabağ" 7-ci dəfə kubokun qalibi oldu
  27 May 2022    Oxunub:1204
Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçirilib.
AzVision.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu "Qarabağ" bürünc medalçı "Zirə" ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn "Qarabağ" kubokun sahibi olub. Bununla da Ağdam təmsilçisi "Qızıl dubl"a imza atıb.

“Qarabağ” tarixində 7 dəfə Azərbaycan kubokunun qalibi olub.

AzVision.az



Teqlər:





Xəbər lenti