Ukraynada 238 uşaq ölüb

   Ukraynada 238 uşaq ölüb
  25 May 2022    Oxunub:348
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 671 uşaq müxtəlif dərəcəli xəsarət alıb.
AzVision.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, hərbi müdaxilə 238 uşağın ölümünə, 433 uşaən isə güllə və qəlpə yarası almasına səbəb olub. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti