AzVision.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu barədə bildirib. O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə ev oyununda feyr-pley jesti etdiyini xatırladıb və mükafatın ona veriləcəyini deyib: "Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov "Marsel"lə oyunda möhtəşəm feyr-pley jesti etmişdi".
Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.
AzVision.az