"Qarabağ"dan əsrin rekordu

"Qarabağ"dan əsrin rekordu
  16 May 2022    Oxunub:869
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.
AzVision.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub. "Köhlən atlar" yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək “Xəzər Lənkəran” 2004/2005, “Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti