Şəhriyar Məmmədyarov heç-heçə etdi

Şəhriyar Məmmədyarov heç-heçə etdi
  11 May 2022    Oxunub:1250
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
AzVision.az - ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VI turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gəlib. Tərəflər 96-cı gedişdə sülhə razılaşıblar.

Məmmədyarov I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub. O, II, III və IV turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 1,5 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.


Teqlər:





Xəbər lenti