Qurban Qurbanov “Qarabağ”da qaldı

 Qurban Qurbanov “Qarabağ”da qaldı
  11 May 2022    Oxunub:825
“Qarabağ” və Qurban Qurbanov arasında müqavilənin müddəti uzadılıb.
AzVision.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il komandanın baş məşqçisi olacaq.

Qurban Qurbanov 2008-ci idən komandamızı çalışdırır. “Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti