Məşhur futbolçu “Mançester Siti”də

Məşhur futbolçu “Mançester Siti”də
  10 May 2022    Oxunub:799
İngiltərənin “Mançester Siti” klubu Almaniyanın “Borussiya Dortmund” komandasının futbolçusu Erlinq Haaland heyətinə qatıb.
AzVision.az xəbər verir ki, 21 yaşlı norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq.

Klub keçidin detallarını və müqavilə müddətini açıqlamayıb. Hücumçunun ingilis klubu ilə müqaviləsi beşillik, həftəlik maaşı isə təxminən 375 min funt sterlinq olacaq.

Haaland cari mövsüm “Borussiya Dortmund”un heyətində 29 oyunda 28 qol vurub və 7 məhsuldar ötürmə edib. 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edəndən futbolçu 88 oyuna 85 qol vurub.

AzVision.az



Teqlər:





Xəbər lenti