Şəhriyar ABŞ şahmatçısına uduzdu

Şəhriyar ABŞ şahmatçısına uduzdu
  09 May 2022    Oxunub:1103
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
AzVision.az -ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana (Fransa) ilə üz-üzə gəlib. Qarşılaşma 66-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb. Bu, Məmmədyarovun turnirdə ilk məğlubiyyəti olub.

Azərbaycan təmsilçisi ilk turda Uesli Soya (ABŞ) uduzub, növbəti üç qarşılaşmada isə müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib.

AzVision.az



Teqlər: Şahmat  





Xəbər lenti