Azərbaycan ilk gündə 25 medal qazanıb

Azərbaycan ilk gündə 25 medal qazanıb
  06 May 2022    Oxunub:1216
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Prezident kuboku-2022" reqatasının birinci gününə yekun vurulub.

AzVision.az -ın məlumatına görə, Suqovuşan qəsəbəsində təşkil olunan kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb.

Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.

Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti