Boksçumuz Avropa çempionu oldu

   Boksçumuz Avropa çempionu oldu
  21 Aprel 2022    Oxunub:873
Azərbaycan boks yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclərin Avropa birinciliyində çıxışını yekunlaşdırıb.
AzVision.az xəbər verir ki, təmsilçimiz Kənan Babayev bu gün çempion olub. 48 çəki dərəcəsində çıxış edən 16 yaşlı idmançımız finalda polşalı Nikolas Marsel Pavliki 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib. Boksçu əvvəlki raundlarda türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edib.

Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Babayevdən əvvəl 51 kq-dakı Amin Məmmədzadə 3-cü yeri tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti