“Minsk qrupu faktiki ölüb” – Rusiyalı ekspert

   “Minsk qrupu faktiki ölüb” –    Rusiyalı ekspert
  20 Aprel 2022    Oxunub:1407
“Brüsselin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin təşəbbüskarı kimi çıxış etməyə çalışmasına mən bir qədər şübhə ilə yanaşıram. Çünki Aİ Cənubi Qafqazda danışıqlar prosesinin irəliləməsinə həqiqətən kömək edə biləcək siyasi aktor deyil. Onun təcrübəsində münaqişələrin diplomatik həllində bir dənə də olsun ciddi uğur yoxdur, xüsusilə də, postsovet məkanında”.
Bu sözləri AzVsion.az-a Rusiyadakı Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi Stanislav Pritçin deyib. O xatırladıb ki, Avropa İttifaqını ATƏT-in Minsk Qrupunda Fransa təmsil etsə də, nədənsə danışıqlarda heç bir şəkildə iştirak etmirdi. İndi isə ATƏT-in Minsk qrupu faktiki olaraq ölüb:
- Rusiya bəyan edib ki, Fransa və ABŞ-ın nizamlanma üzərində konstruktiv işləmək istəməməsi səbəbindən format faktiki olaraq dağılıb. Rusiya danışıqlar prosesində müstəqil şəkildə iştirak edəcək. 2016-cı ilin aprel müharibəsindən və İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupu vasitəçi olaraq ortalıqda yox idi. Ona görə də, burada prinsipcə hər şey qanunauyğundur.

İqor Xovayevin Rusiya xarici işlər nazirinin İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi təyin edilməsinə toxunan ekspert bildirib ki, o, təcrübəli diplomatdır, siyasi nümayəndə kimi yox, vasitəçi kimi çıxış edir: “Onun vəzifəsi Azərbaycan və Ermənistan üçün ümumi dil tapmağa çalışmaqdır. Lakin onun missiyasının uğuru daha çox Ermənistan və Azərbaycanın bir-birinə qarşı addım atmağa hazır olmasından asılıdır”.

Samir Vəliyev
Nadir Quliyev





Teqlər:





Xəbər lenti