Aİ Rusiyadan enerji asılılığını daha tez müddətə azalda bilər

   Aİ Rusiyadan enerji asılılığını daha tez müddətə azalda bilər
  18 Aprel 2022    Oxunub:1105
Avropa Rusiya enerjisindən asılılığını əvvəlcədən düşünüldüyündən daha qısa müddətdə azalda bilər.
AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Mario Draqi bildirib.

“Bizim qaz ehtiyatlarımız var və biz başqa təchizatçılardan yeni qaz alacağıq”, - deyən İtaliya hökumətinin başçısı istənilən tədbirlərin nəticələrinin mülayim olacağını qeyd edib. Onun sözlərinə görə, söhbət istilik temperaturlarının bir və ya iki dərəcə azaldılmasından gedir. Oxşar tədbirlər kondisionerlərə də şamil olunacaq.

O, həmçinin bildirib ki, İtaliyanın enerji istehsalı üçün istifadə olunan təbii qazın qiymətinə yuxarı həddi müəyyən etmək təklifi digər Avropa ölkələri arasında da bəyənilməkdədir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Qaz  





Xəbər lenti