Fiziev Adil Əliyevlə görüşüb

Fiziev Adil Əliyevlə görüşüb
  16 Aprel 2022    Oxunub:755
Məşhur "UFC" döyüşçüsü, həmyerlimiz Rafael Fiziev, Milli Məclisin sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri və fəxri prezidenti Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev bir araya gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri və fəxri prezidenti Adil Əliyev məlumat verib.

- Bu gün məşhur "UFC" döyüşçüsü, həmyerlimiz Rafael Fizievlə görüşdük. İdmançımızla MMA ilə bağlı mövcud vəziyyət, gələcək karyerası, planları ilə bağlı geniş şəkildə müzakirələr apardıq. Sevindirici haldır ki, ölkəmizdə son illərdə MMA döyüş növünə diqqət artıb, idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bütün idmançılarımıza peşəkar karyeralarında uğurlar arzu edir, hər zaman qalib olmalarını arzu edirəm, - Adil Əliyev deyib.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev Fizievin Bakıda olmağından məmnunluğunu bildirirək, idmançıya gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Rafael Fiziev 5 mart 1993-cü ildə Qazaxıstanda anadan olub. Rafael Fiziev milliyətcə azərbaycanlıdır. UFC döyüşçüsüdür və onun Muay-tay döyüş üslübunda mübarizə aparır.

AzVision.az



Teqlər:





Xəbər lenti