"Qarabağ" "Şamaxı"nı məğlub edib

"Qarabağ" "Şamaxı"nı  məğlub edib
  15 Aprel 2022    Oxunub:904
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

AzVision.az -ın məlumatına görə, çempionatın lideri "Qarabağ" "Şamaxı" klubunu qəbul edib. "Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.

Bu qələbədən sonra xallarını 55-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.


Teqlər:





Xəbər lenti