Rusiyanın beynəlxalq ehtiyatları 10 milyard dollar azaldı

   Rusiyanın beynəlxalq ehtiyatları    10 milyard dollar azaldı
  11 Aprel 2022    Oxunub:1418
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 2022-ci il aprelin 1-nə 606,409 milyard dollar təşkil edib ki, bu da martın əvvəli ilə müqayisədə 1,74% (və ya 10,724 milyard dollar) azdır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankın bəyanatında deyilir. 2021-ci il aprelin 1-nə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 573,322 milyard dollar təşkil edib.

Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyuta fondlarından, xüsusi borc almaq hüququndan, BVF-də ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Rusiya  





Xəbər lenti