Gələn il pensiyaların orta aylıq məbləği 331 manat olacaq

Gələn il pensiyaların orta aylıq məbləği 331 manat olacaq
  29 Dekabr 2021    Oxunub:659
"2021-ci il üzrə əmək pensiyalarının orta aylıq məbləği 331 manat təşkil edir".
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu keçən ilin göstəricisi ilə müqayisədə 9,6 faiz artım deməkdir:

"2022-ci il üzrə bu proqnoz 345 manatdır. Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat, 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır".

O qeyd edib ki, əmək pensiyaların minimum məbləği bu il 200 manat olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti