Qarabağla bağlı KOBİA-ya daxil olmuş müraciətlərin sayı açıqlandı

  Qarabağla bağlı KOBİA-ya daxil olmuş müraciətlərin sayı açıqlandı
  24 Dekabr 2021    Oxunub:1289
İşğaldan azad olunan ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 929 müraciət daxil olub. Müraciətin 441-i investisiya layihələri, 488-i isə podrat əsaslı layihələrlə bağlı olub.
AzVision.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 20%-i sənaye, 18%-i kənd təsərrüfatı, 8%-i isə turizm, səhiyyə, təhsil, mədəniyyət, logistika sahələri ilə bağlı olub.

AzVision.az


Teqlər: KOBİA  





Xəbər lenti